Xəzər Xəbər

Sabirabad, Neftçala və Qəbələdə ağır yol qəzaları baş verib VİDEO

Veb TV | 21:45 • 15 Sentyabr 2021
Sabirabad, Neftçala və Qəbələdə ağır yol qəzaları baş verib

Sabirabadda ağır qəza baş verib. Nəticədə sürücü ölüb, 13 yaşlı oğlu isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

40 yaşlı İbrahim Abdullayev idarə etdiyi minik avtomobili ilə magistral yola daxil olan zaman hərəktdə olan yük maşınına çırıpılıb. Nəticədə sürücü hadisə yerindəcə keçinib. Onun 13 yaşlı oğlu isə yaralanıb və Şirvan xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya səbəb minik avtomobilinin sürücüsünün diqqətsizliyi olub.

Neftçalanın Qaramanlı kəndində  də iki  avtomobilin toqquşması nəticəsində Müşfiq kənd sakinləri - 1949-cu il təvəllüdlü Yusif Əhmədov və 1954-cü il təvəllüdlü Qabil Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib. 1949-cu il təvəllüdlü sürücü  Seyidağa Ağayev  isə hadisə yerində ölüb.

Qəbələ rayonunda isə yol qəzası piyada ölmü ilə nəticələnib. Vəndam qəsəbəsi ərazisində Şəki rayon sakini 60 yaşlı Rahib Şirinov idarə etdiyi   avtomobillə yolu keçən qəsəbə sakini 37 yaşlı Zəka Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti