Xəzər Xəbər

Şəhid Hüseyn Əliyevin doğum günüdür VİDEO

Veb TV | 20:35 • 15 Sentyabr 2021
Şəhid Hüseyn Əliyevin doğum günüdür

Vətən müharibəsində canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Hüseyn Əliyev olub.

O,Tovuz döyüşlərindən sonra ordu sıralarına qoşulub.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hüseyn Əliyevin aruzusu vətən torpaqlarını işğaldan azad etmək  idi. Əks-hücum əməliyyatları başlayan vaxtı döyüşlərə qatılıb. Hüseyn 2000-ci ilin bu günü dünyaya göz açıb.

Anası deyir ki, hər il bilik günündə onun ad gününü qeyd ediblər. Doğum günü tortunu isə həmişə özü kəsərdi. Şəhid hərbçimiz indi cənnətdə ilk doğum gününü qeyd edir.

Şəhidimizin nəşi 2021-ci il yanvarın 13-də Murovdağ yüksəkliyində tapılıb. Yanvarın 14-də isə doğma kəndində dəfn olunub. Bu gün Hüseyn Əliyev ailə üzvləri, doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri onun məzarı başında ruhuna dualar oxuyublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti