Xəzər Xəbər

Bağçalara onlayn uşaq qəbuluna başlanıb VİDEO

Veb TV | 21:47 • 2 Avqust 2021
Bağçalara onlayn uşaq qəbuluna başlanıb

Bu gündən etibarən paytaxtın Nizami rayonunda bağçalara uşaq qəbulu onlayn qaydada aparılıb.

Baki Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev ''Xəzər Xəbər''ə bildirib ki, elə ilk gündəcə xeyli sayda valideynin müraciəti qeydə alınıb və bir həftə sonra cavabları mobil telefonlarına göndəriləcək.

Çəkiliş apardığımız paytaxtın Nizami rayonundakı 110 saylı körpələr evi və uşaq bağçasının müdiri Nuranə Şərifova isə deyib ki, əvvəllər bağçalara qəbulun növbəlilik əsasında, sadə qaydada həyata keçirilməsi ciddi problemlər yaradırdı. O, yeni sistemin uğurlu olacağına inanır.

Qeyd edək ki, bağçalara onlayn qəbul prosesinə pilot layihə kimi Nizami rayonu ərazisində başlayıb. Burada yaşayan vətəndaşlar "bakibagcayaqebul.edu.az" saytına daxil olaraq övladları üçün uyğun bağça seçə bilərlər.       

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  

Xəbər lenti