Xəzər Xəbər

Adı dillərdə dastana dönən Şəhid - Mirsəfa Mirəşrəfbəyli VİDEO

Veb TV | 20:52 • 31 İyul 2021
Adı dillərdə dastana dönən Şəhid - Mirsəfa Mirəşrəfbəyli

44 günlük vətən müharibəsinin qəhrəmanlarından biri  Mirsəfa Mirəşrəfbəyli. Ailəsindən ona yadigar şəkilləri , vətənə olan sevgisinin yazdığı şücaətdir. Bir də nəinki öz ailəsinə bütöv bir  xalqa oğul olan şəhidliyi. Mirsəfanın boşluğunu quru söz doldurmaz. Əsas odur ruhu şaddır. Azad Qarabağ torpağında... 

Baş  daşı  üçün  şəklini  çəkib  qardaşına əmanət etdi, Hadrutun girəcəyindəki yüksəkliyi azad edəndən sonra atası ilə danışacağına  söz verdi. Ailəsi ilə sonunca dəfə danışmaq ona nəsib olmadı, şəklini dediyi kimi baş daşına vurdular əbədi olaraq.

Söhbət  igidliyi  Murovdağ yüksəkliyindən başlayan  Cəlilabadalı şəhid qəhrəman  Mirəşrəfbəyli  Mirsəfa  Mirbaba oğlundan gedir. Mirsəfa 1994 -cü ildə Cəlilabad rayonunun   Badamağacı  kəndində dünyaya göz açıb. 2012 -ci ildə  həqiqi hərbi  xidmətə  yollanan  Mirsəfa 2014 cü ildə hərbi xidmətini başa vurub  doğma obasına  qayıdır. lakin vətən sevgisi onu rahat buraxmır. 2016-cı ildə MAXE  kimi ordu sıralarınada xidmətini davam etdirir. Xidməti ərzində  həmişə on xəttə olan  çavuş Mirsəfa dəfələrlə  nümunəvi  xidmətinə  görə   diplom və fərmanlarla təltif edilib.

Müharibə  başlayanda Mirsəfa Murovdağ istiqamətində  döyüşlərə  qatılır. İlk gündən bir çox əməliyyatlarda igidlik göstərən çavuş bir neçə düşmən postlarının və yüksəkliklərinin alınmasıda iştirak  edir.

Bacısı  Şəmsiyə  şəhid qardaşını sonuncu dəfə ötən il görüb. deyir icazə alıb gəlmişdi. Mənə dedi ki, qarabağı azad edəndən sonra gəlib evlənəcəm,amma birdən şəhid olsam ağlama, fəxr elə ki, şəhid bacısısan.indi  Mirsəfanın  yoxluğuna  alışa  biməyən  Şəmsiyə nə qədər üzülsə də bir o qədər qürurlu və  fəxrlə gəzdiyini bildirir.

Mirsəfa  Mirəşrəfbəyli  Fizuli istiqamətində gedən döyüşlərdə igidliklə döyüşərək oktyabrın  11-də qəhrəmancasına şəhid olub.Ölümündən sonra  "Azərbaycan  bayrağı ordeni, "Vətən  uğrunda" medalı, Fizulunin,Cəbrayılın, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Xəbər lenti