Xəzər Xəbər

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək VİDEO

Veb TV | 21:02 • 31 İyul 2021
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək

Bakıdakı özəl şirkətlərindən biri qardaş Türkiyəyə dəstək məqsədi ilə maraqlı aksiyaya start verib. "hərəyə 1 ağac göndərək" adlı kampaniyanın məqsədi qardaş ölkədəki meşələrin bərpasına kömək etməkdir. Aksiya çərçivəsində vətəndaşların təhvil verdiyi tinglər şirkətin hesabına Türkiyəyə daşınacaq. Azərbaycanlı məşhurlar isə "100 fidan göndərək" adlı "challenge" başladıblar.

"Ağacları gətirmək sizdən, Türkiyəyə daşımaq bizdən!"

Bakıdakı özəl şirkətlərindən biri qardaş Türkiyədə yanğın baş verən bölgələrə yardım məqsədi ilə kampaniyaya başlayıb. "Hərəyə 1 ağac göndərək" adlı kampaniyanın məqsədi meşələrin məhv olduğu bölgələrə tinglər göndərmək və oradakı yaşıllığın bərpasına kömək etməkdir. 

Vətəndaşlar istədikləri qədər tingi firmaya təhvil verə bilərlər. Tam yük üçün ağaclar toplandıqdan sonra firmanın hesabına yük maşınları ayrılacaq və tinglər qardaş ölkəyə göndəriləcək. Elanın paylaşılmasından bir neçə saat keçməsinə baxmayaraq aksiyaya dəstək üçün xeyli müraciət daxil olub.

Sözügedən şirkət pandemiya və Vətən Müharibəsi dövründə də sosial aksiyaları ilə tanınıb.

Azərbaycanlı məşhurlar isə "100 fidan göndərək" adlı "challenge" başladıblar.

Məşhurlar bu cür videolar çəkərək "challenge"i digər dostlarına ötürüblər.

Xəbər lenti