Xəzər Xəbər

Flora Kərimova təltif edilməsindən danışdı VİDEO

Veb TV | 20:45 • 31 İyul 2021
Flora Kərimova təltif edilməsindən danışdı

Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə görə xalq artisti Flora Kərimovanı "Şərəf" ordenı  ilə təltif edib. Dövlət başçısının digər bir sərəncamı ilə sənətkar prezidentin fərdi təqaüdçüsü olub.  Flora Kərimova sevincini "Xəzər Xəbər" tamaşaçıları ilə bölüşüb. Xalq tərəfindən sevilən sənətkara göstərilən diqqət onu sevindirdiyi qədər də kövrəldib. 

Flora Kərimovanın 67 illik səhnə fəaliyyəti ən yüksək səviyyədə dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev bu gün xalq artisti ilə bağlı ard-arda 2 sərəncam imzaladı. "Şərəf" ordeni ilə təltif edilən Flora Kərimova həm də Prezidentin fərdi təqaüdçüsü oldu. 

Xalq artisti deyir ki, olub-bitənlərdən xəbərsiz olub. Ona ilk müjdəni də elə jurnalistlər veriblər. 

Sənətkarın sözlərinə görə, bu gün təqvimdə onun üçün ən dəyərli gün oldu. Qızının doğum günündə mükafatlandırıldı. 

13 yaşından səhnədə olan xalq artisti 1 həftə əvvəl 80 illik yubileyini qeyd edib.

 

Xəbər lenti