Xəzər Xəbər

Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə ölümlə üzbəüz qaldı ANBAAN VİDEO

Veb TV | 954 | 20:10 • 31 İyul 2021
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə ölümlə üzbəüz qaldı

Azərbaycanlı yanğınsöndürənlər yanğının söndürülməsi üçün  Türkiyədə iş başındadır.  Sosial şəbəkələrdə yanğınsöndürənlərin çətin anlar yaşadığını əks etdirən görüntülər yayılıb.  Filmlərdəki kimi bir görüntüdür. Amma  realdır.  FHN əməkdaşları qəfil şiddətlənən yanğından son anda qurtulublar.

Türkiyədə meşə yanğınların söndürlülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ciddi təhlükə ilə üz-üzə qalıblar.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, azərbaycanlı yanğınsöndürənlər yanğının qarşısını almağa çalışarkən qəfildən alov şiddətlənib.

Bu zaman onlar yanğının düz mərkəzində olublar.

Lakin sonradan çətinliklə də olsa yanğınsöndürənlər güclü alovların arasından çıxa biliblər.

Qeyd edək ki, qardaş ölkə Türkiyəyə gedən  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınların söndürülməsi üçün əməliyyatlara başlayıb. Nazirlikdən xəzər xəbərə bildirilib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyədə olan fövqəladə hallar nazirliyinin  yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunublar. Hazırda yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır. 

Xatırladaq ki, ötən gün nazirliyin 100 nəfər əməkdaşı Türkiyədə yanğın baş verən ərazilərə yollanıb.

Xəbər lenti