Xəzər Xəbər

Yol qəzaları yenə can aldı: 2 nəfər ölüb, yaralılar var VİDEO

Veb TV | 19:51 • 30 İyul 2021
Yol qəzaları yenə can aldı: 2 nəfər ölüb, yaralılar var

Rayon yollarından  bu gün də qəza xəbərləri almışıq.  Təəsüf ki qəzalar can da alıb. 2 nəfər ölüb, 4 nəfər yaralanıb

İki avtomobil toqquşdu ölən və yaralananlar var.

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bir ailənin 5 üzvündən biri ölüb, 4 nəfər isə ağır xəsarətlər alıb.

Hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi  avtomobil Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızının avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb,  6 nəfər xəsarət alıb. Yaralılar- Hacıqabul sakinləri 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və digər avtomobilin qadın sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. 

Tovuzda da yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər dünyasını dəyişib. 

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə iki nəfər olub və hər ikisi xəstəxanaya yerləşdirlib. ancaq sürücü, 30 yaşlı Xəlil Şükürovun həyatını xilas etmək mümkün olmayıb.

Yuxarı Öysüzlü kənd sakini, 23 yaşlı Uğur Məmmədovun vəziyyəti isə orta ağırdır. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti