Xəzər Xəbər

Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı - O övladından niyə imtina etdi? VİDEO

Veb TV | 673 | 19:43 • 30 İyul 2021
Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı - O övladından niyə imtina etdi?

Ağcabədidə yeni doğulan körpəsini atan ana tapılıb. Qadın uşağını atsa da sonrada özü polisə zəng edərək körpəsini geri istəyib. Yeni doğulan körpə  hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altında saxlanılır. Bəs qadın uşağını niyə atıb? Səbəbini indi təqdim edəcəyimiz süjetdən biləcəksiniz. 

Əvvəl  uşağını atdı sonra isə polisə  zəng edib övladını geri istədi.

Ağcabədi rayonunda Bir neçə gün əvvəl yeni doğulan körpəsini atan qadın tapılıb.

Aparılan araşdırmalar zamanı körpənin anası  Bərdə rayon sakini Vüsalə Fərzəliyeva olduğu müəyyən edilib. Ananın uşağını atmasına səbəb kimi maddi vəziyətinin aşağı olmasını göstərib. Vüsalə Fərzəliyeva hal hazırda 4 övladı olduğunu və atalarının uşaqları ilə maraqlanmadığını bildirib. O, yeni doğulan uşağını küçəyə atdıqdan sonra özü ''102-i'' xidmətinə yığaraq məlumat verib.

Yeni doğulmuş uşaq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu bildirir. Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılır. Həmçinin onun sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən ''Şəhidlər Xiyabanı''nın qarşısında sellofan torbada yeni doğulan körpə  tapılıb.

Xəbər lenti