Xəzər Xəbər

Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı VİDEO

Veb TV | 6,156 | 19:32 • 30 İyul 2021
Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı

 Azərbaycandan xaricə səfər edən sərnişinlərin işləri asanlaşacaq.  Avqust ayından etibarən bəzi istiqamətlərdə uçmaq istəyən sərnişinlərin  virus infeksiyasına dair şəxsi məlumatlarını kağız daşıyıcıda aparmalarına ehtiyac qalmayacaq. Artıq AZAL və Buta Hava Yolları "IATA Travel Pass" tətbiqinə qoşulublar. sərnişinlər bu tətbiqi mobil telefonlarına yükləməklə şəxsi məlumatlarını onlayn qaydada uçuş zamanı təqdim etmə imkanına malik olacaqlar. izləyək

Azərbaycandan xaricə təyyarə ilə gedəcək sərnişinləri yeniliklər gözləyir. AZAL və Buta Hava Yolları sərnişinləri özündə koronavirus infeksiyasına dair şəxsi məlumatları əks etdirən "IATA Travel Pass" mobil tətbiqi vasitəsi ilə uçuşa buraxacaqlar. AZAL-ın nüməyəndəsi Nərmin Xəlilovanın sözlərinə görə, yeni mobil tətbiq koronavirusla bağlı sərnişinlərdən tələb olunan vacib informasiyaları özündə əks etdirəcək

AZAL-dan bildirilib ki, bu tətbiqi ilk olaraq uçuşların ən çox olduğu istiqamətlərə gedən reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər. 

Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb.

Xəbər lenti