Xəzər Xəbər

Türkiyədə 6 şəhərdə dəhşətli yanğın baş verdi: Yüzlərlə insan təxliyə edildi VİDEO

Veb TV | 11:28 • 29 İyul 2021
Türkiyədə 6 şəhərdə dəhşətli yanğın baş verdi: Yüzlərlə insan təxliyə edildi

Türkiyənin bəzi bölgələrində silsilə meşə yanğınları baş verib.

Hadisə ölkənin Osmaniyə, Adana, Mersin, Kayseri və Uşak rayonlarında qeydə alınıb. 

Belə ki, Osmaniyənin Qaracalar kəndində çıxan meşə yanğınına hava və quru yollardan müdaxilə edilib, yaxınlıqdakı vətəndaşlar şəhərin mərkəzinə enib. Adananın Kozan adlı hissəsində axşam saatlarında yanğın başlayıb, küləyə görə geniş ərazini əhatə edib. O cümlədən qabaqlayıcı tədbir məqsədilə, 4 kənd boşaldılıb.

Mersində isə günorta saatlarında başlayan yanğına görə əraziyə helikopter cəlb edilib, Durağan və Yenikaş məhəllələrində 52 ev boşaldılıb, 157 nəfər təhlükəsiz yerlərə köçürülüb. İndiyə qədər 20 hektar ərazinin zərər gördüyü bildirilib.

Həmçinin Uşak bölgəsində iki fərqli iş yerinin yanında başlayan yanğın panikaya səbəb olub. Lakin qısa müddətdən sonra yanğın söndürülüb. 
 
Oxşar hadisə Kayseridə də günorta saatlarında müşahidə edilib. 

Xatırladaq ki, bundan öncə  Türkiyənin turizm mərkəzi Antalyanın Manavqat rayonunda güclü meşə yanğınları başlamışdı.

Xəbər lenti

Çox oxunanlar