Xəzər Xəbər

Casusluqda ittiham olunan ermənilərin MƏHKƏMƏSİ BİTDİ – Hər biri 15 il... VİDEO

Veb TV | 515 | 19:45 • 28 İyul 2021
Casusluqda ittiham olunan ermənilərin MƏHKƏMƏSİ BİTDİ – Hər biri 15 il...

Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hər iki erməniyə hökm oxunub. Davit Davtyan və Sujyan Gevorg müxtəlif maddələrlə hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün həmçinin Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə  təqsirləndirilən erməni yaraqlılarının da məhkəmə prosesi keçirilib. 

Casusluqda ittiham edilən ermənilər - Davit Davtyan və Sujyan Gevorg yenidən məhkəmədə hakim qarşısına çıxıblar. Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vidadi Orucəliyev ifadə verib.

O bildirib ki, "N" saylı hərbi hissədə xidmət edib. Vidadi Orucəliyev bildirib ki, ötən ilin noyabr 11-də xidmət aparan zaman iki nəfərin Şuşa istiqamətində mövqelərimizi müşahidə etdiklərini görüblər. ''Biz onları saxladıq, sorğu-sual etdik. Bildik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları müvafiq dövlət qurumlarına təhvil verdik"-deyə şahid bildirib. Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. 

Hakimlər məhkəmə istintaqının tamamlandığını elan ediblər.Hökmə əsasən, Davit Davtyan və Sujyan Gevorg müxtəlif maddələrlə hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə o da qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib qurtarandan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar. Xatırladaq ki, hər ik şəxs ötən ilin noyabrın  11-də Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanıblar.

Bu gün həmçinin birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin hər ikisinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokurorun çıxışından sonra zərərçəkən şəxslər ifadə verərək təqsirləndirilənlərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyiblər. Proses avqustun 2-də davam etdiriləcək.

 

Xəbər lenti