Xəzər Xəbər

"TikTok"çu Türkanə saxlanıldı - Üstündən marixuana çıxdı VİDEO

Veb TV | 676 | 19:15 • 28 İyul 2021
"TikTok"çu Türkanə saxlanıldı - Üstündən marixuana çıxdı

"Tiktok"da narkotik vasitələri təbliğ edən və musiqili videolar yayan daha 6 nəfər saxlanıb. Aralarında qadın da olan həmin şəxslərin hamısı videoları silib və bu əməllərindən peşman olduqlarını deyiblər. Bundan başqa, polis narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ''TikTok" sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti əməliyyat əməliyyat keçirib. Nəticədə 6  nəfər - Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə saxlanıblar. Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb.  Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumat verilib. Adları çəkilən şəxslərin  sosial şəbəkədə paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. 

Binəqədi rayonunda isə narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslər saxlanıblar. Onlardan biri - Orxan Soltanovun bu ilin əvvəlindən saxlanıldığı günə qədər rayon ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Onun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin  qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin və digər həblər aşkar edilib.

Xəbər lenti