Xəzər Xəbər

Qəza ölümlə nəticələndi: Toydan qayıdırmış... VİDEO

Veb TV | 1,158 | 19:06 • 28 İyul 2021
Qəza ölümlə nəticələndi: Toydan qayıdırmış...

Toydan qayıdan kişi qəzada dünyasını dəyişib. Qaxda baş verən qəzada isə  biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb. Paytaxtın Səbail rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmazdan toydan qayıdırdı, Sumqayıtda qəzaya düşüb öldü.

Qəza Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin 49 yaşlı Anar Hüseynov aldığı xəsarətlərdən ölüb. .

Meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, 49 yaşlı kişi Xaçmazdan toydan qayıdırmış..

Qaxda isə  baş verən yol qəzasında biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.. 

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral  yolunun qax rayonunun qarabaldır kəndi ərazisində baş verib.

Balakən rayonunun Tülü kənd sakini 33 yaşlı Aruz Dinavasov idarə etdiyi avtomobillə Bakı şəhəri Ramana qəsəbəsində yaşayan 34 yaşlı Nəzakət Sofiyevanın avtomobili ilə toqquşub. Qəza nəticədə biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb. Yaralılardan azyaşlı Yusif Dinavasov müayinə və müalicəsini davam etdirmək üçün Şəki rayon mərkəzi xəstəxanasına göndərilib. 

Paytaxtda isə piyadanı maşın vurub. səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Beləki bu gün səhər saatlarında salyan yolu şossesi, köhnə bayıl dairəsi adlanan ərazidə hərəkətdə olan avtomobil  yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxsi vurub. Şahidlərin dediyinə görə, piyada hadisə yerindəcə dünyasını dəyişib. 

Hər üç  faktla bağlı araşdırma aparılır.

Xəbər lenti