Xəzər Xəbər

Pəncərədə çıxılmaz vəziyyətdə qalan oğru bina sakinlərinə yalvardı VİDEO

Veb TV | 18:27 • 28 İyul 2021
Pəncərədə çıxılmaz vəziyyətdə qalan oğru bina sakinlərinə yalvardı

Türkiyənin İstanbul şəhərin Sultanqazi bölgəsində oğurluq etmək məqsədilə bina evinə girən şəxs çıxılmaz vəziyyətdə qalıb.

Ev sahibin onu tutacağını görən oğru balkondan digər binaya keçib.

Binadakıların ondan xəbər tutduğunu görən oğru yenidən gəldiyi yerə qayıtmaq istəyərkən yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb.


Ələ keçməməyə çalışarkən 10 metr hündürlükdə asılı qalan oğru onu buraxmaları üçün oğurluğa girdiyi evin sahibinə və bina sakinlərinə yalvarmağa başlayıb.

Oğru daha sonra digər balkona keçərək qaçmağı bacarıb. Ev sahibinin sözlərinə görə oğru xilas olduqdan sonra yenidən evə qayıdaraq orada qoyduğu ayaqqabılarını da aparıb.

Faktla bağlı araşdırma aparılır./Ölkə.Az 

Xəbər lenti