Xəzər Xəbər

YAP və AKP Gəncədə konfrans keçirib - Bu, tarixi bir zəfərdir VİDEO

Veb TV | 18:55 • 28 İyul 2021
YAP və AKP Gəncədə konfrans keçirib - Bu, tarixi bir zəfərdir

"Qarabağ zəfəri işğal altındakı ərazilərin ermənilərdən azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalacağını göstərdi." Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş  Gəncədə keçirilən konfransda bildirib. O, işğaldan azad edilən qarabağla, bu zəfərlə qürur duyduqlarını bildirib..

Qarabağ müharibəsinin başladığı ilk andan etibarən qəlbimiz və zehnimiz tamamilə burada idi. Türkiyə olaraq bütün gücümüzlə Azərbaycan xalqının yanında yer aldıq və 30 ilə yaxın davam edən haqsız, beynəlxalq hüquqa zidd bir işğal Azərbaycanın qərarlı duruşu ilə, cəsarəti ilə, qəhrəmanlığı ilə sevinc, şərəf duyduğumuz zəfərlə nəticələndi.

Bunu ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş Gəncədə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar" mövzusunda keçirilən konfransda bildirib.

Numan Kurtulmuş bildirib ki, yenidən böyük bir dastan yazaraq, şəhidlərimizin o qorxusuz mübarizəsi nəticəsində bu müharibədə qələbə qazanıldı. İşğaldan azad edilən Qarabağla, bu zəfərlə qürur duyduq.

Tədbirdə çıxış edən  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan və Türkiyə bu gün də öz ənənəsinə sadiq qalır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Sonra çıxış edənlər də deyib ki, ermənilər 30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarını viran qoyublar, 44 günlük Vətən müharibəsi zamanı isə Gəncə şəhərini, dinc insanları raket atəşinə tutmaqla insanlığa qarşı cinayət törədiblər. 

Konfransın sonunda AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.

 

Xəbər lenti