Xəzər Xəbər

Sidneydə əhali ayağa qalxdı: Məhdudiyyətlərə etiraz edirlər VİDEO

Veb TV | 16:28 • 24 İyul 2021
Sidneydə əhali ayağa qalxdı: Məhdudiyyətlərə etiraz edirlər

Avstraliyanın Sidney şəhərində minlərlə insan küçələrə axışıb.

ABC telekanalı bildirir ki, onlar koronavirusa görə tətbiq olunan məhdudiyyətlərə etiraz edirlər.

Etirazla əlaqədar 57 nəfər ittiham edilir. Polis etirazçıların şəxsiyyətlərini müəyyənləşdirmək üçün 22 müstəntiqdən ibarət qrup yaradıb.

Koronavirusun “Delta” ştammının yayılması fonunda Sidneydə dörd həftədir ki, “lokdaun” tətbiq edilib.

Melbörn və Brisbendə də etiraz nümayişlərinin keçirildiyi bildirilir.

Xəbər lenti