Xəzər Xəbər

Xocavənddə minalanmış ərazidəki yanğın söndürüldü

Veb TV | 14:59 • 24 İyul 2021
Xocavənddə minalanmış ərazidəki yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Xəbər lenti