Xəzər Xəbər

"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu VİDEO

Veb TV | 09:14 • 22 İyul 2021
"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

"Neftçi" Yunanıstanda "Olimpiakos"un qonağı olub. Georgios Karaiskakis stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qalib gəlib - 1:0.

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) 1:0

Qol: Kamara, 29

Qırmızı vərəqələr: Kamara, 43 - Mert Çelik, 63
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.

Xəbər lenti