Xəzər Xəbər

Tanınmış polis rəisi həbs edildi: Evindən çıxanlar hamını dəhşətə gətirdi VİDEO

Veb TV | 10:14 • 21 İyul 2021
Tanınmış polis rəisi həbs edildi: Evindən çıxanlar hamını dəhşətə gətirdi

Rusiya polisi rüşvət əməliyyatı çərçivəsində saxlanılan Daxili İşlər Nazirliyinin Stavropol Yol Şöbəsinin rəisi Aleksey Safanovun villasında lüks avtomobillər və qızıl örtüklü unitazlar aşkar edib.

Polis rəisinin dəbdəbəli villasından çıxanlar ölkədə müzakirələrə səbəb olub.

Rusiyada polis tərəfindən təşkil olunan rüşvət əməliyyatında Aleksey Safanov və onun əmrində işləyən 35-dən çox yol polisi zabiti saxlanılıb.

Əməliyyat çərçivəsində Safanovun evində aparılan axtarışlar heyrətləndirici faktlar ortaya çıxarıb.

Sahib olduğu lüks nəqliyyat vasitələrinə əlavə olaraq, Safanovun ev yox, rəsmi olaraq sarayı tikdirdiyi, hətta evdəki tualetlərin də qızıl örtüklü olduğu məlum olub.

Bundan əlavə, Safanovun rütbəsi və səlahiyyətlərini aşan hadisələrdə iştirak etdiyi, mafiya qrupları ilə əlaqələrinin olduğu və gördüyü işlərə görə pul aldığı müəyyən edilib.

Əməliyyatdan sonra polis Safanov və onun əmrində işləyən 35-dən çox polisə qarşı istintaq başlayıb./Teleqraf.com

Xəbər lenti