Xəzər Xəbər

Çimərliklərə yeni marşrut xətləri açılır VİDEO

Veb TV | 20:03 • 15 İyun 2021
Çimərliklərə yeni marşrut xətləri açılır

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, dəyişikliyə əsasən 101, 107, 146, 179, 180, 182 və 189 nömrəli marşrutların hərəkət istiqaməti yaxınlıqdakı çimərliklərə qədər uzadılıb.

Qeyd edək ki, dəyişikliklər çimərlik mövsümünün başa çatmasına qədər qüvvədədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti