Xəzər Xəbər

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların şəraiti daha da yaxşılaşdırılır VİDEO

Veb TV | 20:33 • 11 İyun 2021
Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların şəraiti daha da yaxşılaşdırılır

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrlə tanışlıq üçün iyunun 11-də media-tur keçirilib.

Tədbir çərçivəsində jurnalistlər modul tipli hərbi hissələrdə yaradılan yataqxanalar, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olublar.

Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov məlumat verib ki, modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz edilib.

Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin olunur.

Bildirilib ki, işğaldan azad edilmiş rayonlarda dislokasiya olunan hərbi hissələrdə indiyədək 60-dək modul və konteyner tipli yerləşmə məntəqələri şəxsi heyətin istifadəsinə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti