Xəzər Xəbər

NZS qəsəbəsində yolun darlığı hərəkəti çətinləşdirir VİDEO

Veb TV | 20:04 • 17 May 2021
NZS qəsəbəsində yolun darlığı hərəkəti çətinləşdirir

Paytaxtın iki böyük prospektini birləşdirən yolun həddindən artıq dar olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, "NZS" adlanan qəsəbədən keçən və başlanğıcını Babək prospektindən götürən Oktay Vəliyev küçəsindən gedir.

Yolda dayanacaqlarda avtobuslar üçün xüsusi ciblərin olmaması ərazidə vəziyyəti daha da pisləşdirir. 

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, küçədə avtonəqliyyat vasitələrinin hərəkət intensivliyi araşdırılmalı və buna uyğun tədbirlər görülməlidir.

Onun fikrincə, müəyyən olunsa ki, həmin küçədə iki hərəkət zolağı avtomobil yükünü götürmür, bu zaman yolun genişləndirilməsi işləri aparılmalıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar