Xəzər Xəbər

Bakıda motosiklet sürücülərindən təqdirəlayiq addım VİDEO

Veb TV | 21:11 • 14 May 2021
Bakıda motosiklet sürücülərindən təqdirəlayiq addım

Bakıda bir neçə  motosiklet sürücüsü ictimai nəqliyyatın işləmədiyi günlərdə sərnişinlərə təmənnasız xidmət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyir ki, bayram günlərində  koronavirusla mübarizə məqsədi ilə avtobusların fəaliyyəti qadağan olduğundan vətəndaşların iş yerlərinə daha tez və rahat çatmaları üçün təşəbbüs göstərirlər. Onların sözlərinə görə, mayın 10-dan indiyə kimi 600-ə yaxın şəxsə bu yolla yardım ediblər. Göstərilən xidmətin qarşılğında isə ödəniş tələb olunmur.

Sürücülər bildirirlər ki, gün ərzində 100 kilometrdən çox məsafə qət edirlər.

Müraciət edənlər arasında əsasən Bakının kənd və qəsəbələrinə gedən sərnişinlər çoxluq təşkil edir. Bir motosikletin yanacağına isə gündəlik cəmi 6 manat xərcləri çıxır.

Təqdirəlayiq təşəbbüsü həyata keçirən motosiklet sürücüsü Rövşən Əliyev qeyd edib ki, qarşıdakı bayram günlərində də avtobusaların hərəkətinə məhdudiyyətlər qoyulsa, yenə təmannasız sərnişindaşıma ilə məşğul olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti