Xəzər Xəbər

Rayonlarda kirayə mənzillərin qiyməti artıb VİDEO

Veb TV | 20:58 • 14 May 2021
Rayonlarda kirayə mənzillərin qiyməti artıb

Bölgələrdə kirayə mənzillərin qiyməti yüksəkdir. Sakinlərin sözlərinə görə, bu vəziyyət onlara mənzil tapmaqda çətinlik yaradır.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzda qiymət 150-350 manat arasında dəyişir.

Rieltorlar bildirirlər ki, mənzillərin qiyməti onun harada yerləşməsindən asılı olaraq dəyişir.

Vətəndaşların sözlərinə görə, qiymətin yüksək olması mənzillərində hər cür şəraitin olması ilə bağlıdır.

Lənkəranda da bənzər vəziyyət hökm sürür. Rayonda 1 otaqlı mənzillərin kirayə qiyməti 150-200 manat arasında dəyişir. Həyət evlərinin icarəsi isə 250-500 manata başa gəlir.

Rieltorların sözlərinə görə, qiymət artımına səbəb havaların isinməsinə ilə turistlərin ora axın edəcəyi ilə bağlıdır. Daha çox tələbat əsasən şəhərin Qala xiyabanı və Mikrorayon ərazisindəki evlərədir.

Mütəxəssislərin fikirincə, iyul-avqust aylarında qiymətlərin daha da artacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti