Xəzər Xəbər

Mingəçevirdə dörd küçənin kanalizasiya xətti yoxdur VİDEO

Veb TV | 19:56 • 13 May 2021
Mingəçevirdə dörd küçənin kanalizasiya xətti yoxdur

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 1,2,3,4-cü dalan küçələrinin hələ də kanalizasiya xətləri yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər keçmişdə olduğu kimi həyətlərdə quyu qazıb, çirkab suları ora axıdır.

60-dan çox ailənin yaşadığı 4 küçədə ümumiyyətlə kanalizasiya xətləri yoxdur. Sakinlər məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Bu isə həm anti-sanitariyadır, həm də küçənin azyaşlı sakinləri üçün təhlükəlidir.

Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, ama bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır.

Heydər Əliyev prospektinin 4 küçəsində yaranan mövcud vəziyyətlə bağlı Mingəçevir Sukanal İdarəsindən bildirildi ki, ərazidə işlərə yaxın vaxtlarda başlanacaq. Həmin 4 küçənin daşıyıcı xətləri çəkiləcək və ana xəttə qoşulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar