Xəzər Xəbər

Bakıda böyük tikinti materialları bazarı tikilir VİDEO

Veb TV | 22:27 • 13 May 2021
Bakıda böyük tikinti materialları bazarı tikilir

Bakıda Qafqazin ən böyük tikinti materialları bazarı tikilir.

Xezerxeber.az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedən yolun üzərindəki bazarın ərazisi 252 hektardır. Gələcəkdə şəhər mərkəzindəki iri tikinti materialları bazarlarının da bura köçürülməsi planlaşdırılır.

Mərkəzin icraçı direktoru Mübariz Məhəmmədov deyib ki, bazarda bütün növ inşaat materiallarının topdan və pərakəndə satışı planlaşdırılır.

Mağazalar qapalı, açıq və yarımqapalı formada tikilir və anbarlarla təchiz olunur. Ərazidə avtodayanacaq, hotel, bank şöbələri və restoranlar olacaq. Üstəlik, mərkəzdə sahibkarlara istehsalla məşğul olmağa da şərait yaradılacaq. Ən əsası, bu mərkəzdə sahibkarlar üçün ''bir pəncərə'' sisteminin tətbiqi nəzərdə tutulur.

Bazar tam istifadəyə verilməsi ilə şəhər mərkəzində sıxlığın aradan qaldırılması, iritonnajlı avtomobillərin şəhər daxilində hərəkətinin azalacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti