Xəzər Xəbər

Qəhrəman şəhidimiz Elməddin Namazov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 20:17 • 13 May 2021
Qəhrəman şəhidimiz Elməddin Namazov Vətən müharibəsində böyük şücaət göstərib

Vətən müharibəsi başlayan kimi işləmək üçün getdiyi Bakıdan geri qayıdıb döyüşlərə qatıldı, müxtəlif istiqamətlərdə fədakarlıqla döyüşdü.

Şəhid olaraq Vətənin azadlığına canından can qatdı. Yarım qalacaq arzuları, gözü yaşlı qalacaq doğmaları barədə bir an belə düşünmədi, tərddüd etmədi. Çünki Vətən sevgisi bir başqa idi Elməddinin.

Xezerxeber.az-ın məlumatına görə, Elməddin Namazov ən qızğın döyüşlərdə olanda belə doğmalarını əmin edirmiş ki, hər şey yaxşıdır, cəbhədə vəziyyət təhlükəli deyil.

Füzuli - Qubadlı istiqmətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Elməddinin şücaətini döyüş dostları da ehtiramla xatırlayırlar.

Vətənin azadlığı və bütövlüyü uğrunda canını düşünmədən fəda edən Elməddinin döyüşlərdə göstərdiyi şücaət ölümündən sonra "Füzulinin azad edilməsinə görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə mükafatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar