Xəzər Xəbər

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb VİDEO

Veb TV | 19:44 • 13 May 2021
Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb

Azərbaycanda Ramazan münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb. 

Xezerxeber.az-ın məlumatına görə, bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi və karantin qaydalarına uyğun olaraq məhdud sayda insanın iştirakı ilə qılınıb.

Namazdan sonra dualar oxunub və möminlər bir-birilərini təbrik edərək bayramlaşıblar.

Bildirilib ki, bu il Azərbaycan xalqı üçün daha əlamətdardır. Çünki 30 ildən sonra ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə namaz qılınıb. Həmçinin qeyd edilib ki, ölkədə dini vəhdət mövcuddur. 

Allahşükür Paşazadə bildirib ki, məscidlərdə pandemiya qaydalarına riayət edilməklə namaz qılınması üçün dəfələrlə Operativ Qərargaha müraciət edilib.

Paytaxtdakı "Əjdərbəy" məscidində də bayram namazı qılınıb.

Xəbər lenti