Xəzər Xəbər

Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir VİDEO

Veb TV | 21:55 • 11 May 2021
Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir

Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir. Bunu Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib. Konfransda Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və mina xəritələrini verməməsi məsələsinə də toxunulub. Qeyd edilib ki, mina xəritələri məsələsi Yerevanda müzakirə edilib və ilk addımlar atılıb. 

Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib. Ceyhun Bayramov bildirib ki, bu günkü görüşdə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı müzakirə edilib. Eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik, eləcə də regional məsələlər barəsində fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov deyib ki, təəssüf ki, biz tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar görürük. Ermənistanın davranışı prosesə lazımsız gərginlik verir.  

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir. İşğal faktı ortadan qalxdığı üçün biz Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması barədə danışa bilərik. Azərbaycan bunda maraqlıdır. Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri ekspertlər səviyyəsində artıq 6 dəfə görüşüb. Müəyyən sahələr üzrə inkişaf var, müəyyən sahələr üzrə isə hələ nəticə yoxdur. Buna Ermənistanın daxilindəki siyasi vəziyyət də təsir edir. Sergey Lavrov da qeyd edib ki, normallaşma üçün üçtərəfli bəyanatın şərtlərinə əməl olunması vacibdir.

Mətbuat konfransında Ermənistanın mina xəritələrini verməməsi məsələsinə də  toxunulub.

Nazirlər qeyd ediblər  ki, nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir.

Xəbər lenti