Xəzər Xəbər

Yolun təmiri niyə yarımçıq qalıb? VİDEO

Veb TV | 21:28 • 11 May 2021
Yolun təmiri niyə yarımçıq qalıb?

Bakının Nəsimi rayonunda məhəllədaxili yollardan birinin təmiri yarımçıq qalıb. Sakinlər bildirirlər ki, 2 aydır işlər dayanıb, bu səbəbdən ərazini toz bürüyür. Bəs həmin yol nə zaman təmir ediləcək? Aidiyyəti qurumlar buna münasibət bildirib.

Sakinlərin bu narazılığına səbəb evlərinin yanındakı yol təmirinin yubadılmasıdır. Bu vətəndaşlar Nəsimi rayonu, Feyzullah Qasımzadə küçəsindəki bina və həyət evlərində yaşayırlar. Bildirirlər ki, onların məhəllələrindən keçən küçədə bir müddət əvvəl təmir aparılıb. Sonradan isə işlər yarımçıq qoyulub.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolda işlərin yubanmasına səbəb kommunikasiya işlərinin aparılmasıdır. Artıq həmin işlər də yekunlaşıb və əraziyə səki daşları düzülüb. Yaxın 2-3 gün ərzində asfaltlama işlərinə başlanacaq.

Xəbər lenti