Xəzər Xəbər

Azərbaycanda toylar başlayır? - Şadlıq evləri belə hazırlaşır VİDEO

Veb TV | 20:40 • 11 May 2021
Azərbaycanda toylar başlayır? - Şadlıq evləri belə hazırlaşır

Uzun müddətdir ki, yay aylarında açıq havada toyların keçirilməsinə icazənin verilməsi ilə bağlı söz-söhbətlər gəzir. Üstəlik, bəzi millət vəkilləri bu qərarı labüd sayır. Ancaq hələlik toylara qoyulan qadağa ləğv edilməyib. Buna baxmayaraq, Bakıda şadlıq evləri açıq havada toyların keçirilməsi üçün hazırlıq işləri görür. Səhnələr qurulub, dekorlar sifariş edilib. Bəs icazə verilərsə, şadlıq evləri nə qədər qonaq qəbul edə biləcək?

Açıq məkanda səhnə qurulub, işıqlandırma sistemi yaradılıb.

Qonaqların pandemiya qaydalarına uyğun qəbul edilməsi üçün geniş ərazidə döşəmə işləri başa çatdırılıb.

Bakıda şadlıq evləri açıq havada toyların keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Çəkiliş apardığımız şadlıq evinin inzibatçısı Fərid Adıgözəlov deyir ki, hazırlıq işləri əsasən yekunlaşıb.

Hazırlıq görülən təkcə bu şadlıq evi deyil. Başqaları da yaxın aylarda açıq havada toylara icazə veriləcəyinə ümid edirlər

Şadlıq evinin sahibi Mahir Zeynalov deyir ki, əvvəllər də onların təcrübəsində açıq havada toy təşkil etmək olub. İndi isə şərait pandemiya qaydalarına uyğunlaşdırılıb. 

Mahir Zeynalovun sözlərinə görə, açıq havada toyların keçirilməsi üçün xüsusi dekorlar da sifariş edilib

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədər ölkədə toyların keçirilməsi ötən ilin mart ayından qadağan edilib. 1 ildən artıqdır ki, toy etmək istəyənlər bu qərarın ləğv edilməsini səbirsizlikdə gözləyirlər.

Xəbər lenti