Xəzər Xəbər

Sabirabadda distant təhsil problemi: Bu kənddə telefon və internet yoxdur VİDEO

Veb TV | 20:54 • 11 May 2021
Sabirabadda distant təhsil problemi: Bu kənddə telefon və internet yoxdur

Sabirabadın Cəngan kənd sakinləri kənd ərazisində telefon xəttinin olmaması səbəbindən internetsiz qalıblar. Mobil internetdən istifadə isə onlara xeyli baha başa gəlir. Bu problemdən ən çox əziyyət çəkənlər isə şagirdlərdir..

Sabirabadın Cəngan kəndi rayonun ucqar yaşayış məntəqələrindən biridir... Kənd sakinləri deyirlər ki, bu kənddə ümumiyyətlə telefon xətti olmayıb. Əvvəllər telefon xətlərinin olmaması ciddi problem yaratmasa da, son dövrlər pandemiya ilə bağlı məktəblərin distant təhsilə keçməsi bu problemi xeyli qabardıb.

Kənd sakinlərinin sözlərinə görə, hazırda onlar mobil telefon vasitəsilə internetdən istifadə edib distant təhsilə qoşulduqlarından, bu da onlara ayda 30-50 manata başa gəlir. Odur ki, sakinlər kəndin ən qısa zamanda internetlə təchiz olunmasını istəyirlər.

Qeyd edək ki, bənzər problem rayonun bir neçə kəndində, o cümlədən Poladtuğayı kəndində də yaşanır.

Məsələ ilə bağlı "Aztelekom" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə rabitə şəbəkəsinin genişləndirilməsi üzrə işlər aparılır, mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Bu layihələr növbəlilik əsasında icra olunduqca, adıçəkilən kəndlərin sakinlərinin də telekommunikasiya xidmətlərinə olan tələbatları ödəniləcək.

 

Xəbər lenti