Xəzər Xəbər

Saatlının təbii qaz üzünə həsrət qalan kəndləri - Bu kəndlər nə vaxt qazla təmin olunacaq? VİDEO

Veb TV | 20:46 • 11 May 2021
Saatlının təbii qaz üzünə həsrət qalan kəndləri - Bu kəndlər nə vaxt qazla təmin olunacaq?

Saatlı rayonun bir neçə kəndində təbii qazın olmaması sakinlər üçün əsl problemə çevrilib. Mavi yanacaqdan istifadə imkanları olmayan sakinlər daha çox məişətdə odundan istifadə edirlər. Bu da, onları əlavə məsrəfə salır. Bəs aidiyyatı qurum nə deyir? Bu kəndlər nə vaxt qazla təmin olunacaq?

Təxminən 10 min əhalinin yaşadığı Saatlının Mircəlal, Soltanabad, Nəsimkənd və Smada kəndlərində sakinlər illərdir təbii qaz üzünə həsrət qalıblar.

Kənd sakinləri qeyd edir ki, bununla bağlı aidiyyatı üzrə dəfələrlə müraciət etsələr də, hələdə nəticə yoxdur. Maraqlısı budur ki, magistral qaz xətti həmin kəndin bir neçə yüz metrliyinə  qədər çəkilsədə kəndin yaxınlığında işlər dayandırılıb.

Sakinlər deyir ki, qış ayları gələndə  onlar daha çox çətinliklə üzləşirlər. Xususəndə məişətdə daha çox odun sobalarından istifadə edirlər ki, buda orta hesabla  onlara 180-200 manata başa gəlir.

Məsəslə ilə bağlı "Azəriqaz" İB-dən "Xəzərxəbər"ə bildirilib ki, mövcud problemdən onlarda xəbərdardır.İşlər mərhələli şəkildə həll edilir.

Qeyd edək ki, eyni problemdən rayonun Hacıqasımlı,Musalı, Nərimankənd və Dəllər kəndləri də əziyyət çəkir.

Xəbər lenti