Xəzər Xəbər

Bu şəxslərin maaşlarının yarısını dövlət ödəyəcək VİDEO

Veb TV | 20:13 • 9 May 2021
Bu şəxslərin maaşlarının yarısını dövlət ödəyəcək

Dövlətin əsas hədəflərindən biri sosial cəhətdən həssas olan şəxslərin məşğulluğunu təmin etməkdir. Elə bu məqsədlə həm iş axtaranları, həm də işgötürənləri həvəsləndirmək üçün yeni bir layihəyə start verilib. Dövlət Məşğulluq Agentliyi sosial qrupdan həssas olan şəxsləri işə götürənlərə həmin şəxsin maaşının 50%-i ödəyir. Artıq layihədən 102 nəfər yararlanıb

Sosial qrupdan həssas olan bəzi şəxslərin əməkhaqlarının yarısının dövlət tərəfindən ödənilməsinə başlanıb. Bununla bağlı Dövlət Məşğulluq Agentliyi ''Sosial iş yerlərində əməkhaqqının maliyyələşməsi'' layihəsinə start verib. Agentliyin Sosial Tərəfdaşlarla İş Departamentinin rəhbəri Fatimə Ələkbərovanın sözlərinə görə, layihəyə maraq ilk gündən yüksəkdir və artıq xeyli sayda insan işlə təmin edilib. 

Həmçinin əlilliyi olan şəxslər, cəzaçəkmə yerlərindən azad edilənlər və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər işlə təmin olunmaq üçün layihəyə qoşula bilərlər

Fatimə Ələkbərova bildirdi ki, indiyə qədər 54 işə götürənlə müqavilə imzalanıb. Son 1 ildə fəaliyyətdə olan, agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr üzrə vakansiyası olan işəgötürənlər də proqrama müraciət edə bilərlər.

Fatimə Ələkbərova bildirdi ki, layihə hazırda davam edir. Bu layihə çərçivəsində işlə təmin olunanların sayı artan tendensiya üzrə davam edəcək.

Xəbər lenti