Xəzər Xəbər

Bu yolda sürücülər tıxacda qalmayacaqlar VİDEO

Veb TV | 20:25 • 9 May 2021
Bu yolda sürücülər tıxacda qalmayacaqlar

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı-Sumqayıt yolunun 14-cü kilometrində, "Vaz dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında genişləndirmə işləri aparılır. Bununla da  bu yol ilə Abşeron rayonunun Saray və Novxanı qəsəbələrinə gedən sürücülərin tıxacda qalmaq problemi həll olunur.

Bakı-Sumqayıt yolu ilə Abşeron rayonunun Saray və Novxanı qəsəbələrinə gedən sürücülərin işi asanlaşdı.Onlar bundan sonra, yol qovşağı olan hissədə tıxacda qalmayacaqlar. 

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılmaqla yanaşı,yeni yol hissələri də yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, yeni yol yatağının tikintisi işləri icra olunur.

Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilib, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulub. Həmçinin dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir.Yay aylarında bu yoldan istifadə edərək qeyd olunan qəsəbələrə gedən nəqliyyat vasitələrinin sayı artdığından ,Saray istiqamətində bağlı qalan yolda da işlər aparılır.

Agentlikdən qeyd olunub ki,tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.Ancaq çəkiliş apardığımız zaman görünür bayram günü olduğundan  yolda işlər aparılmırdı.

Xəbər lenti

Çox oxunanlar