Xəzər Xəbər

Son günlər zəlzələlərin tez-tez baş verməsinin səbəbi nədir? açıqlama/video

Veb TV | 22:12 • 4 May 2021
Son günlər zəlzələlərin tez-tez baş verməsinin səbəbi nədir?

Xəzər dənizində 3,4, Ağstafa rayonunda 3,2, Gürcüstanda isə 3,2 bal gücündə zəlzələlər baş verib.

Xezerxeber.az-ın məlumatına görə, son dörd gün ərzində müxtəlif ərazilərdən bir-birinin ardınca zəlzələ xəbərləri gəlir.

Zəlzələlərin gücü 3 baldan çox olsa da, Seysmoloji Xidmət Mərkəzindən bu tipli yeraltı təkanların hər gün baş verdiyi və qorxulu bir şeyin olmadığı bildirilib.

Mərkəzin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, Azərbaycan seysmoaktiv bölgədə yerləşdiyindən gün ərzində ölkə ərazisində çox da hiss olunmayan 50-yə yaxın yeraltı təkan qeydə alınır.

Qurban Yetirmişli bildirib ki, sürüşmə və digər təbiət hadisələri mövsümlə əlaqədar olaraq aktiv və ya passiv fazaya keçsə də, son günlər baş verən zəlzələlər daha çox atmosferdə gedən proseslərlə əlaqəlidir.

Qeyd edək ki, hazırda seysmoloji cəhətdən ən təhlükəli zona İsmayıllı və Şamaxı rayonlarının əraziləridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti