Xəzər Xəbər

Bakıda evləri yanan məcburi kökünlər çətin durumdadır video

Veb TV | 22:39 • 4 May 2021
Bakıda evləri yanan məcburi kökünlər çətin durumdadır

Bu il fevralın 24-də Yasamal rayonu,Tbilisi prospekti 31/66 ünvanında yerləşən 7 mərtəbəli binanın damındakı 5 tikilidə baş verən yanğın burada müvəqqəti məskunlaşan məcburi kökünləri evsiz qoyub.

Xezerxeber.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlara 2 aylıq kirayə pulu verilsə də, sakinlər iddia edirlər ki, hazırda aidiyyəti qurum bu pulu da ödəməkdən imtina edir.

Çəkiliş apardığımız zaman "Dövlətqaçqınkom"un Yasamal sektorunun rəhbəri Niyaməddin Niftyəliyev də əraziyə gəldi.

Qeyd edək ki, "Xəzər Xəbər"in çəkilişindən sonra ailə Komitəyə çağırılaraq, bu aylıq da kirayə pulu ilə təmin olunub. Bunu Komitənin mətbuat katibi İbrahim Mirzəyev də təsdiqlədi.

Bəs vətəndaşlara kirayə pulunun nə vaxta kimi ödəniləcəyi ilə bağlı sualımız isə cavabsız qaldı.

Xatırladaq ki, Ağdamın Papravənd kəndindən məcburi köçkün olan bu insanlar 1997-ci ildən sözügedən ünvanda yaşayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti