Xəzər Xəbər

Milli Məclisdə son günlərin aktual problemləri dilə gətirildi video

Veb TV | 21:11 • 4 May 2021
Milli Məclisdə son günlərin aktual problemləri dilə gətirildi

Buraxılış imtahanları yenidən keçirilməlidir. 

Xezerxeber.az-ın məlumatına görə, bu təklif Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirilib. 

İclasda 11 məsələ müzakirəyə çıxarılıb. Onlardan 4-ü qanunlara dəyişiklik layihələrinin 3-cü oxunuşda, digərləri isə birinci oxunuşda müzakirəsi olub. 

Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri buraxılış imtahanlarındakı sualların çətin olması barədə edilən şikayətlərə toxunublar. Qeyd edilib ki, xüsusən 9-cu sinifdən sonra şagirdlərin 35-40 faizi peşə təhsili müəssisələrinə üz tutur. Həmin şagirdlərə isə bu cür çətin sulların salınması düzgün deyil. 

Təkliflərdən biri isə Vətən müharibəsi dövründə qardaşlıq nümayiş etdirən ölkələrlə bağlı olub. 

Şəhid adına hörmətsizliklə bağlı maddənin Cinayət Məcəlləsinə salınması da təkliflər arasında olub. 

Millət vəkilləri iclasda bankların dollar satışına məhdudiyyət qoymasından da danışıblar. Bu addımın ciddi fəsadlara yol açacağı vurğulanıb. 

Son günlər baş verən hadisələrə də diqqət çəkən millət vəkilləri din xadimlərinin ciddi yoxlama əsasında seçilməsinin vacib olduğunu vurğulayıblar. Yoxlamalarda ictimaiyyət nümayəndələrinin və ziyalıların da iştirak etməsi təklif olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti