Xəzər Xəbər

Şəhid zabitimiz Anar Qorçuyevin övladı dünyaya gəlib

Veb TV | 19:52 • 4 May 2021
Şəhid zabitimiz Anar Qorçuyevin övladı dünyaya gəlib

Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızdan olan taqım komandiri, leytenant Anar Qorçuyevin oğul övladı dünyaya gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhərində doğulan körpəyə elə şəhidin adını veriblər.

Şəhidin anası nəvəsinin atası kimi vətənpərvər olmasını arzulayır.

Leytenant Anar Qorçuyev ötən il Vətən müharibəsinin ilk günlərindən gərgin döyüşlərdə iştirak edib. O, oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2015-ci ildə ailə həyatı quran Anarın Ayla adında qızı var. Yaxınlarının dediyinə görə, Anarın ən böyük arzusu ata yurdu Qubadlının düşmən tapdağından azad edilməsi idi.

Şəhid Anar Qorçuyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə'' və ''Füzulinin azad olunmasına" görə medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti