Xəzər Xəbər

"AstraZeneca" peyvəndinin tətbiqinə başlanılıb video

Veb TV | 20:23 • 4 May 2021
"AstraZeneca" peyvəndinin tətbiqinə başlanılıb

Koronavirus pandemiyasına qarşı mübarizə üsulunda yeni vaksin, "AstraZeneca" peyvəndinin tətbiqinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gündən etibarən yaşı 60 və 60-dan yuxarı şəxslər könüllü olaraq peyvəndin ilk dozasını qəbul etmək üçün müraciət ediblər.

Yeni peyvənd Abşeron Rayon Mərkəzi Xəstəxanasında mərhələli şəkildə həyata keçirilir.

Artıq iki gündür könüllü şəkildə vaksinasiya prosesinə qoşulan sakinlər peyvənd olunmağa yüksək əhval- ruhiyyə ilə gəldiklərini deyirlər.

Qeyd edək ki, yeni vaksin Bakı şəhəri və 6 regionda tətbiq olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar