Xəzər Xəbər

Bakıda hadisə baş verən binada təhlükə hələ də qalmaqdadır - sakinlər narahatdır video

Veb TV | 19:34 • 3 May 2021
Bakıda hadisə baş verən binada təhlükə hələ də qalmaqdadır - sakinlər narahatdır

Səbail rayonu ərazisində yerləşən və bu günlərdə bədbəxt hadisənin baş verdiyi binada təhlükə hələ də qalmaqdadır.

Sözügedən hadisə ilə bağlı şənbə günü xəbər vermişdik.

Xezerxeber.az-ın məlumatına görə, ötən həftənin 5-ci günü binanın fasadından qopan üzlük daşı, dostu ilə iki  beşmərtəbəli binanın arasından keçmək istəyən 14 yaşlı Əli Şabanovun başına düşüb. Uşağın xəsarəti ağır olduğundan, o, dərhal xəstəxanaya aparılıb. Hazırda Əli Şabanov reanimasiya şöbəsində komadadır. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

Sakinlər deyirlər ki, ərazidə təhlükəli vəziyyət davam etdiyindən onlar uşaqlarını həyətə çıxmağa qoymurlar. Özləri isə digər binaların qarşısından keçərək yola çıxırlar.

Ərazidə heç bir təmir-tikinti işlərinin aparılmaması ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hüquq şöbəsinin müdiri Qədir Qəmbərov bildirdi ki, baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb. Onun sözlərinə görə, bina qəzalı vəziyyətdə deyil, sadəcə orada tikinti işləri aparılarkən normalar pozulub.

Qədir Qəmbərov onu da qeyd etdi ki, komissiya tərəfindən araşdırma aparılarkən hadisənin baş verməsində təqsirli bilinən şəxslər də müəyyən olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti