Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq video

Veb TV | 108 | 22:48 • 3 May 2021
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq

İşğaldan azad edilmiş ərazilərin enerji təminatı külək, günəş və hidroenerji mənbələri hesabına qarşılanacaq. Qarabağda "yaşıl enerji" zonasının yaradılması bölgənin enerji təminatının əsas mənbəyi olacaq.

Xezerxeber.az-ın məlumatına görə, "yaşıl zona" özündə bərpa olunan enerji mənbələrinin toplusunu cəmləşdirir.

İşğaldan azad edilmiş torpaqlarda hər üç bərpa olunan enerji mənbəyi üçün potensial var. Günəş enerjisi üçün əlverişli ərazilər Zəngilan, Füzuli  və Cəbrayıl rayonlarıdır. Laçın və Kəlbəcərdə isə külək enerjisi üçün kifayət qədər təbii imkanlar mövcuddur.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayevin sözlərinə görə, bərpa olunan enerji mənbələrinə xarici investorların böyük marağı var. Ona görə də qarşıdakı illərdə bir sıra böyük layihələr məhz xarici investisiya hesabına reallaşacaq. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi isə işlərin daha effektiv təşkil olunmasını təmin edəcək.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə su elektrik stansiyalarının da qurulması və enerji əldə edilməsi üçün araşdırmalar aparılır. Bölgənin enerji təminatını yaxşılaşdırmaq üçün yeni su elektrik stansiyaları qurulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Çox oxunanlar

Bir həftə iş olmayacaq
524 | 17:16 • 19 Aprel 2021