Xəzər Xəbər

Zəngilan və Qubadlı minalardan təmizlənir VİDEO

Veb TV | 21:23 • 29 Aprel 2021
Zəngilan və Qubadlı minalardan təmizlənir

İşğaldan azad olunan, əbədi və əzəli torpaqlarımızın hər bir qarışının daha təhlükəsiz olması üçün ANAMA-nın əməkdaşları tərəfindən mütəmadi olaraq mina təmizləmə əməliyyatları aparılır. Bu gün də Zəngilan və Qubadlı rayonlarının minalardan təmizlənməsi işləri həyata keçirilib. Həmin ərazilərə ezam olunan əməkdaşımız Ömər Xıdırovun reportajında bu işin nə qədər çətin və təhlükəli olduğunu siz də görəcəksiz.

Yam yaşıl çölər, rəngli güllər, cənnət ətirli düzlər. Vətən həsrəti ilə yananların ümid yeridir Zəngilan. Tayı bərabəri olmayan məmləkətimizin bu əsrarəngiz çölləri erməni vəhşiliyini görməklə bərabər vandallıq izlərini də özündə daşıyır.

Maral ceyran oylağı olan çöllərimiz indi minalarla örtülüb. Hazırda böyük bir sahədə qızğın iş gedir. Xüsusi geyimli şəxslər xüsusi alətlərlə ermənilər tərəfindən basdırılan mina və sursatları aşkar edərək götürür və zərərsizləşdirirlər.

Minatəmizləmə Agentliyinin supervayzeri Anar Vəliyev sözlərinə görə, İkinci Ağalı kəndində 28 gündür mina təmizləmə işləri aparılır.

Ümumilikdə isə Zəngilan və Qubadlıdan tapılan 63 partlamamış hərbi sursat və mina partlayış yolu ilə məhv edilib. Bu rayonlarda 7 milyon 130 min kvadratmetrdən çox ərazi minalardan təmizlənib.

Xəbər lenti