Xəzər Xəbər

Jurnalistlər Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər VİDEO

Veb TV | 21:20 • 28 Aprel 2021
Jurnalistlər Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər

Bir qrup media nümayəndəsi işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Jurnalistlər bu ərazilərdə aparılan əsaslı yenidənqurma işləri ilə yerində tanış olublar. 

Jurnalistlər Cəbrayıldan sonra Zəngilanın Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində olublar. Birinci "Ağıllı kənd" pilot layihəsi bu kəndləri əhatə edir. Artıq bununla bağlı baş plan da hazırdır. 

Bura isə Zəngilanda inşa ediləcək hava limanının ərazisidir. Burada gələcəkdə istifadəyə veriləcək hava limanı bütün növ təyyarələri qəbul edə biləcək.

Jurnalistlər daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində olublar.  Bundan sonra isə rayonun Mincivan qəsəbəsinə gediblər

Bu dəmiryol vağzalı da yenidən qurulacaq. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvana qədər uzadılacaq.

Əməkdaşımız Şəhla Poladova da həmin jurnalistlərin arasında olub. İndi onun hazırladığı reportajı təqdim edirik.

 

Xəbər lenti