Xəzər Xəbər

Bakının bu ünvanında evlər plana düşdü - Sakinlər razılaşmır VİDEO

Veb TV | 20:58 • 28 Aprel 2021
Bakının bu ünvanında evlər plana düşdü - Sakinlər razılaşmır

Bakının Yasamal rayonunda 500-dən çox həyət evi plana düşüb. Pilot layihə çərçivəsində evlər söküləcək. Ərazidə tikinti aparacaq şirkət tərəfindən onlara köhnə evlərin əvəzinə, tikiləcək çoxmərtəbəli binalardan təmirli mənzillər təklif olunsa da, bəzi sakinlər şirkətlə razılaşmırlar. Sakinlərin əksəriyyəti evlərinin əvəzinə nağd pul kompensasiyası tələb edir.

Pilot layihə çərçivəsində evləri plana düşən bu sakinlər tikinti şirkəti ilə razılığa gələ bilmirlər. Çünki şirkət onlara kompensasiya deyil, tikiləcək binadan mənzil vermək istəyir. 

Yasamal rayonu Ələsgər Ələkbərov, Mikayıl Müşviq, Seyfəddin Dağlı və İsmayıl Bəy Qutqaşınlı küçələrində yerləşən həyət evləri plana düşüb. Pilot layihə çərçivəsində 4 hektarlıq ərazidə 14-16 mərtəbəli binların tikintisi planlaşdırılır.

Tikintini aparacaq şirkətin direktoru Rafael Mirzəyev Xəzər Xəbər-ə açıqlamasında bildirdi ki, pilot layihə Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb. Layihədə sakinlərə pul yox, ərazidə yeni tikləcək binalardan mənzillərin verilməsi nəzərdə tutulub. Üstəlik, mənzillər hazır olana qədər onlara aylıq minumum 300 manat olmaqla, kirayə pulları veriləcək.

Şirkət artıq 20-dən çox sakinlə müqavilə bağlayıb. Hüquqşünaslar bildirdilər ki, narazı sakinlər məsələnin hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət edə bilərlər.

Xəbər lenti