Xəzər Xəbər

Şəmkirdə evə basqın edildi: Ana və oğul bıçaqlandı VİDEO

Veb TV | 20:25 • 26 Aprel 2021
Şəmkirdə evə basqın edildi: Ana və oğul bıçaqlandı

Şəmkirdə quldurluq edən şəxslər tutulub. Onlar  evə girib pul və qızıl aparmaq istəyərkən ev sahibəsinə və oğluna bıçaq xəsarətləri yetiriblər.

Həyətə girib qaranlığın düşməsini gözləyiblər. Evə daxil olub soymaq istəyəndə ailə üzvlərinə xəsarət yetiriblər. 

Hadisə Şəmkirdə baş verib. Rayon Polis Şöbəsinə Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub. 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədən şəxslərin kimlikləri müəyyənləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanıblar. Onlar polisə verdikləri ifadələrdə evdən nağd pul və qızıl-zinət əşyaları götürmələri üçün əvvəlcədən razılığa gəldiklərini etiraf ediblər.

Şübhəli şəxslər istintaqa təhvil veriliblər, faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

Çox oxunanlar