Xəzər Xəbər

Buraxılış imtahanları keçirilib, riyaziyyat fənninə aid suallar çətin olub video

Veb TV | 19:32 • 23 Aprel 2021
Buraxılış imtahanları keçirilib, riyaziyyat fənninə aid suallar çətin olub

Bu gün 11 illik orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, 16 şəhər və rayonda 17 min 679 şagirdin iştirakı nəzərdə tutulan imtahan koronavirus pandemiyasının şərtlərinə uyğun aparılıb.

Şagirdlər riyaziyyat fənninə aid sualların nisbətən çətin olduğunu bildiriblər.

Sabahdan etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanacaq. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar