Xəzər Xəbər

Ağdamda mağaza qarət edilib, tutulanlar var video

Veb TV | 19:39 • 23 Aprel 2021
Ağdamda mağaza qarət edilib, tutulanlar var

Ağdamda 20 min manat dəyərində elektronika məhsullarını oğurlayan şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Quzanlı qəsəbəsində yerləşən mağazalardan birində baş verib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər ifşa edilib. Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğulayıblar.

Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar