Xəzər Xəbər

Düşmənə ağır zərbələr vurmuş qəhrəman topçumuz - Şəhid Nurlan Nuruzadə iki medalla təltif edilib video

Veb TV | 22:41 • 22 Aprel 2021
Düşmənə ağır zərbələr vurmuş qəhrəman topçumuz - Şəhid Nurlan Nuruzadə iki medalla təltif edilib

O, Vətən müharibəsində düşmənə aman verməyən, sona qədər qəhrəmanlıqla döyüşən hərbçilərimizdən idi...

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt sakini Nurlan Nuruzadə hərbi xidmətdə olarkən ikinci Qarabağ müharibəsi başlayıb.

Cəsur topçumuz savaşın ilk günlərindən Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsini sıradan çıxarıb. Ötən il oktyabrın 1-də isə şəhidlik zirvəsinə ucalıb.

Nurlan Nuruzadə şəhid olarkən qardaşı Elşənin ad günü imiş...

19 yaşlı şəhidimizin nəşi gələndən üç ay sonra hər iki valideyni vəfat edib. Nurlan Nuruzadə böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. O, ölümündən sonra "Füzulinin azad olunmasına görə'' və ''Cəbrayılın  azad olunmasına görə'' medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti